Moskvanın mərkəzində “Putin-ölümdür!” şüarı asıldı VİDEO

7-03-2017, 10:03           
Moskvanın mərkəzində “Putin-ölümdür!” şüarı asıldı VİDEO
Moskvada Putin əleyhinə şüar yazılmış böyük banner asılıb.
Banneri asan cəsur fəalları aksiyalarından bir neçə dəqiqə sonra həbs ediblər. Körpüyə asılmış nəhəng banner rusiyalı fəal Denis Styajkinin “Livejournal” saytında nəşr olunub. “Putin müharibədir. Putin ölümdür” yazılmış banner Komsomol meydanındakı körpüyə asılıb.
Fəallar banneri asdıqdan bir neçə dəqiqə sonra polis əməkdaşları özlərini yetiriblər. Onlar aksiya ilə bağlı üç fəalı –Nikolay İqrakovu, Pavel Kuznetsovu və Yekaterina Rıjiki saxlayıblar. Banner iki dəqiqədən sonra körpüdən götürülüb.
Styajkin yazır ki, həbs olunan fəallara İnzibati Xətalar Məcəlləsinin (ictimai yerdə müəyyən edilmiş qaydaların pozulması) 20.2 maddəsi ilə cəza veriləcəyi gözlənir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru