Millət vəkili avtomobilində güllələndi 8-03-2017, 19:56 Mərakeş Konstitusion Birlik Partiyasından millət vəkili Əbdüllətif Mirdas evinin yaxınlığında öldürülüb.Axar.az xəbər verir ki, naməlum şəxs avtomobilin içində olan Mirdasa 3 güllə atıb. Atəş nəticəsində millət vəkili yerindəcə ölüb.Polis 27 yaşlı şübhəlini saxlayıb.Hadisənin şəxsi zəmində törədildiyi bildirilir. Facebook-da paylaş