Gərginlik son həddə: Koreyanın 37 vətəndaşı da saxlanıldı

8-03-2017, 20:05           

Şimali Koreyanın 37 vətəndaşı Borneoda Malayziya hökuməti tərəfindən saxlanılıb.

Axar.az xəbər verir ki, Malayziyanın İmmiqrasiya İdarəsinin apardığı yoxlama zamanı Borneoda qeyri-leqal yaşayan və tikinti işlərində çalışan 37 nəfər Şimali Koreya vətəndaşı saxlanılıb.

İki ölkə arasında münasibətlər fevralın 13-də Kuala-Lumpurun beynəlxalq hava limanında Şimali Koreya vətəndaşı Kim Çan Namın qətlindən sonra gərginləşib. Cənubi Koreya rəsmi Pxenyanı bu qətlin təşkilində günahlandırıb. Malayziya hökuməti hadisədə bir neçə Şimali Koreya vətəndaşını təqsirli bilərək bir diplomatın və “Air Koryo” aviaşirkətinin əməkdaşının həbsi barədə order verib.

Bu arada Şimali Koreyanın Malayziyadakı səfiri arzuolunmaz şəxs elan edilərək ölkədən çıxarılıb.

Hadisədə iştirakını inkar edən Şimali Koreya Malayziyanı Cənubi Koreya ilə iş birliyində təqsirləndirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru