Trampa impiçment təhlükəsi artır
8-03-2017, 20:29

Noah Feldman, “Bloomberg”
Cari prezident öz sələfini elə bir hərəkətdə günahlandırıb ki, bu, hərəkət keçmişdə prezidentin impiçmenti ilə nəticələnmişdi. İttihamlar doğrudursa, əgər həqiqətən prezident Barak Obama kampaniya dövründə Donald Trampın telefonlarını ordersiz dinləmə əmri veribsə, bu, Voterqeyt skandalı səviyyəsində skandal ola bilər.
Əgər ittihamlar doğru deyilsə və sübutlarla dəstəklənmirsə, bunun özü də böyük skandal olmalıdır. Bu, elə bir ittihamdır ki, cari prezidenti impiç edilə bilər.
Konstitusiyanın Birinci Düzəlişinə görə, həqiqət öz əksini özü məğlub etməlidir. Ancaq bu optimistik baxış vətəndaşlar arasında debat və müzakirəyə hesablanıb, hökumət tərəfindən edilən ittihamlara aid edilmir.
Hüquq dövlətində hökumətin cinayət tərkibli ittihamları sübutlarla dəstəklənməlidir.
Prezident tərəfindən söylənən ittihamlar bir sadə vətəndaşın digərinə etdiyi ittihama bənzəməz. Onun mahiyyəti faktiki həqiqət və ya səhlənkarlıq anlayışlarından fərqlidir.
Hökumətin xüsusi məsuliyyətinin iki əsası var. Sən hökuməti yalana və ya defamasiyaya görə məhkəməyə verə bilməzsən. Əgər mən Obamanı telefonlarımı dinləməkdə günahlandırsam, o, məni böhtana görə məhkəməyə verə bilər. Əgər bəyanım səhv olsa, bunun bədəlini ödəməliyəm. Ancaq əgər həmin ittihamı prezident səsləndirsə, o, öz məqamında məhkəməyə verilə bilməz. Cari prezidentə qarşı böhtan ittihamı nəticəsiz qalacaq, çünki prezident öz postunda olarkən onun işi məhkəmə işləri ilə əngəllənə bilməz.
Hökumətin təsdiq edilməyən ittihamlarla ehtiyatlı olmağı üçün ikinci səbəb isə bu məqamın qeyri-bərabər imkanlar irəli sürməsidir. Eks-prezident kimi Obama da özünü müdafiə edə bilər və bir çox mediaya çıxış imkanları var. Amma yenə də onun Tramp qədər auditoriyası yoxdur. Ən əsası da istənilən digər vətəndaşın Obamadan az imkanları var.
Bu səbəblərə görə, Trampın Obamaya qarşı ittihamlarının Birinci Düzəliş tərəfindən mühafizə olunduğunu söyləmək səhv olar. Hökumət tərəfindən söylənən sübutsuz cinayət tərkibli ittihamın özü belə bu ittihamı edən hökumət rəsmisi üçün ciddi sui-itifadə halıdır.
Tramp namizədlik dövründə Hillarinin həbs edilməli olduğunu deyəndə o, böhtan maddəsi ilə məhkəməyə verilə bilərdi. Məhkəmə işi uğursuz da nəticələnə bilərdi, çünki Tramp deyə bilərdi ki, əslində bu, gerçək iddiadan daha çox siyasi mülahizədir.
Amma Trampın Obamanı ittiham etməsi cinayət xarakterli davranış ola bilib impiçment təhlükəsi yarada bilər, bu davranış böhtandan daha pisdir. Əgər ittihamlar doğru deyilsə və ya təsdiq edilə bilmirsə, bu, icra hakimiyyətinin ən yüksək postunda oturan adamın vəzifədən sui-istifadəsidir.
Vəzifəli şəxsin vəzifədən sui-istifadəsinə necə qarşılıq verilməlidir? Bunun kontitusional həll yolu impiçmentdir.
Konstitusiyada impiçmentdən “ağır cinayət və səhv” halında söz açılır. Əgər hökumətin hərəkətləri demokratik prosesləri deformasiyaya uğradır və təhrif edirsə, impiçment xüsusilə zəruri hala çevrilir. Voterqeyt skandalı zamanında Demokratik Milli Komitənin qərargahlarına sızmaq 1972-ci il seçkilərini oğurlamaq cəhdi idi. Tramp kampaniyasının dinlənməsi məsələsinin də siyasi təsirləri olmuşdur.
Demokratların keçmiş prezidentinə qarşı demokratiyaya zərər verəcək ittihamlar söyləməyin cəzası impiçmentdir. Obama Demokratlar Partiyasının ən məşhur siyasətçisidir. Obamaya hücum etmək yalnız ona zərbə vurmaq anlamına gəlmir, bu, həm də Tramp adminstrasiyasının siyasi müxalifəti zəiflətmək cəhdidir.