NATO Parlament Assambleyasının yaz sessiyasıTbilisidə keçiriləcək

8-03-2017, 20:43           

NATO Parlament Assambleyasının yaz sessiyası 26-29 may tarixlərində Tbilisidə keçiriləcək.

Bu, İtaliyada Gürcüstan baş naziri Georgi Kvirikaşvili və NATO Parlament Assambleyasının sədri Paolo Alli arasında keçirilən görüşlə bağlı Gürcüstan hökumətinin mətbuat xidmətinin yaydığı məlumatda əksini tapıb.

G. Kvirikaşvili və P. Alli NATO Parlament Assambleyasının yaz sessiyasının 26-29 may tarixlərində Gürcüstan paytaxtında keçirilməsinin vacib olduğunu bildiriblər. P. Alli görüşdə Gürcüstanın NATO-ya inteqrasiya sahəsində böyük uğurlar əldə etdiyini də bildirib. (APA)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru