Danimarkada 14 yaşlı yeniyetmə İkinci Dünya Müharibəsindən qalmış təyyarənin qalıqlarını tapıb

9-03-2017, 09:25           

Danimarkanın 14 yaşlı sakini, məktəbli Daniel Kristiansen İkinci Dünya Müharibəsindən qalmış təyyarənin qalıqlarını tapıb.

"Report"un məlumatına görə, bu barədə "CNN" telekanalı xəbər verib. Xəbərdə bildirilir ki, məktəbli metalaxtaran qurğu vasitəsilə predmetlər axtararaq tarix dərsində ona verilmiş ev tapşırığını yerinə yetirmək istəyib. O, təxminən 8 metr dərinlikdə böyük dəmir parçalarını aşkarlayıb.
Yeniyetmənin atası tapıntını qazıb çıxarmaq üçün qonşudan ekskavatoru kirayəyə götürüb. Qazıntılar zamanı məlum olub ki, qalıqlar almanların "Messerschmitt" qırıcısına aiddir. O, 1944-cü ilin sonlarında vurulub.

Qeyd edək ki, yeniyetmənin aşkarladığı təyyarədə pilotun da cəsədinin qalıqları müəyyən edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru