Gələn il Avropada yeni dövlət yarana bilər

9-03-2017, 15:57           
Gələn il Avropada yeni dövlət yarana bilər
Şotlandiyada müstəqilliklə bağlı referendum 2018-ci ildə keçirilə bilər.

Axar.az xəbər verir ki, bunu BBC-yə açıqlamasında Şotlandiyanın Baş naziri Nikola Stercen söyləyib. O, bu addımı Böyük Britaniyadakı vəziyyətin necə inkişaf edəcəyindən asılı olaraq atacaqlarını bildirib.

Qeyd edək ki, Şotlandiya əhalisi Britaniyanın Avropa Birliyindən çıxmasının əleyhinə çıxış edir.

Şotlandlar 2014-cü ildə müstəqilliklə bağlı referendum keçiriblər. O zaman ölkə əhalisinin 55%-i müstəqilliyin əleyhinə səs veriblər. Britaniya Baş naziri Tereza Mey isə bir müddət əvvəl açıqlamasında Şotlandiyanın heç vaxt müstəqil olmayacağını bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru