“Hizbullah” terrorçularının komandirini “Hələb qəssabı” öldürüb – Sensasiyalı iddia

9-03-2017, 22:41           

Ötən il Suriyada həlak olan “Hizbullah” terror təşkilatının komandiri Mustafa Bədrəddini İran İnqilab Keşikçiləri komandiri, “Hələb qəssabı” kimi tanınan Qasım Süleymani öldürüb.
Bu iddia ilə “Əl-Ərəbiyı” saytı çıxış edib.
Sözügedən sayt Mustafa Bədrəddinin başına iki güllə vurularaq edam edildiyini bildirib.
İddiaya görə, İran onu Suriyada müharibəyə başlayan “Hizbullah” qüvvələrinin geri çəkilməyi qərara almasına görə qətlə yetirib.
Xatırladaq ki, “Hizbullah” komandiri Mustafa Bədrəddinin 2016-cı il mayın 13-də İsrail ordusunun hava hücumu zamanı ölməsi ilə bağlı xəbərlər yayılmışdı. /Axar.az.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru