"Avropa Birliyindən çıxmağın vaxtı gəldi" - Böyük Britaniyanın baş naziri

10-03-2017, 14:55           
"Avropa Birliyindən çıxmağın vaxtı gəldi" - Böyük Britaniyanın baş naziri
Böyük Britaniyanın baş naziri Theresa May bildirib ki, Britaniya ilə Avropa Birliyi ayrılmaqla bağlı danışıqlara başlamağa hazırdırlar.

Reutersin məlumatına görə o, bunu martın 9-da Brüsseldə keçirdiyi mətbuat konfransında deyib.

“Avropalı tərəfdaşlarımız dəqiq aydınlıq gətirdilər ki, artıq Brkzitlə bağlı danışıqlara hazırdırlar”, deyə baş nazir bildirib.

Theresa May artıq martın sonundan bu prosesə başlanacağını deyib.

Qeyd edək ki, Böyük Britaniya sakinləri 2016-cı ilin iyununda keçirilən referendumda azacıq səs çoxluğu ilə ölkənin Avropa Birliyindən çıxmasına səs verdilər.

İcmalar palatası bu il fevralın ortalarında hökumətin Brekzitlə bağlı danışıqlara başlamasına hüquq verən qanun layihəsi qəbul elədi.

Sənədi bu günlərdə Lordlar palatası da qəbul etdi, amma düzəlişlə.

Həmin düzəlişə görə hökumət bu məsələ ilə bağlı danışıqlara başlamaq üçün Parlamentin razılığını almalıdır.

Martın sonunadək yekun versiyanın qəbulu gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru