Rusiya ilə əlaqədə şübhəli bilinən vitse-spiker istefa verdi

10-03-2017, 23:36           
Rusiya ilə əlaqədə şübhəli bilinən vitse-spiker istefa verdi
Litva parlamentinin (Seym) Rusiya ilə əlaqələrdə şübhəli bilinən vitse-spikeri Mindauqas Bastis istefa verib.

“İstefa verirəm və Sosial-Demokrat Partiyasında sədrliyə namizəd olmayacam” deyən Bastis ittihamı rədd edərək araşdırma aparılması üçün prokurorluğa müraciət edəcəyini bildirib.

M.Bastis parlamentdən tam getməyəcəyini, bunun üçün əsas görmədiyini də deyib.

Litva parlamentinin sədri Viktoras Prantsketis isə bəyan edib ki, Bastis parlamentdən birdəfəlik getməsə, onun impiçmenti də gündəmə gələ bilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.