Gürcüstanda təbii qazın tarifinə yenidən baxılır –Açıqlama

11-03-2017, 09:46           

Gürcüstanın Enerji üzrə Milli Komissiyası "SOCAR Georgia QAS" və "KazTransQas" və digər qazpaylayıcı şirkətlərin mövcud təbii qaz tarifinin yenidən baxılmasına başlayıb.

Bu barədə komissiyanın nümayəndəsi Qoça Şoniya məlumat verib.

Onun sözlərinə görə, ilk mərhələdə yalnız "SOCAR Georgia QAS" tarifin baxılması üçün sənədlər təqdim edib və sonra digər qazpaylayıcı şirkətlər də komissiyanın işinə qatılıb.

"Bizə müvafiq sənədlər təqdim edilib. Komissiya üzvləri hazırda sənədləri nəzərdən keçirir. Müsbət rəy verildiyi halda biz təbii qazın tarifinə yenidən baxılmasına başlayacaq və iyulun 28-də qərar verəcəyik”, – deyə Q. Şoniya bildirib.

Komissiya nümayəndəsi əhali üçün qazın qiymətinə ətraflı baxılacağını da qeyd edib.

APA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru