Saçında biqudi olmasını unudan hakim qadın fenomen oldu

11-03-2017, 09:50           
Saçında biqudi olmasını unudan hakim qadın fenomen oldu
Cənubi Koreyada Konstitusiya Məhkəməsinin hakimi Li Çon Mi ölkəsində zəhmətsevər qadının simvoluna çevrilib.

Bu barədə lenta.ru saytı xəbər verir. Buna səbəb isə qadının səhər iş yerinə saçında biqudi ilə gəlməsi olub. 54 yaşlı Li işə tələsdiyi üçün başındakı çəhrayı rəngdəki iki biqudini unudub. Həmin gün o, Konstitusiya Məhkəməsində mühüm bir qərarın qəbulu üçün işə tələsirmiş. Xəbərdə qeyd olunur ki, ölkə əhalisinin böyük əksəriyyəti bu mənzərəni heç də qadının səliqəsizliyi yox, iş fədakarlığı kimi qiymətləndiriblər. Baxmayaraq ki, Cənubi Koreyanın mədəniyyətində qadının xarici görünüşünün qüsursuzluğu vacib şərt kimi qəbul olunur.

Hazırda Li Çon Minin biqudisi Koreyanın populyar axtarış saytlarında bir nömrəli mövzudur.

Musavat.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru