Nyu-York prokuroru vəzifəsindən istefa verib

11-03-2017, 10:37           
Nyu-York prokuroru vəzifəsindən istefa verib
Nyu-Yorkun şərq dairəsinin prokuroru Robert Keypers ABŞ-ın ədliyyə naziri Ceff Seşns Barak Obama dövründən qalan 46 federal prokuroru istefa verməyə çağırmasından bir neçə saat sonra vəzifəsindən istefa verib.

Bu barədə prokurorluq tərəfindən yayılan məlumatda bildirilir.

Keypers prokuror vəzifəsinə 2016-cı ilin yanvarında gəlib. Onun namizədliyi prezident Barak Obama tərəfindən irəli sürülmüşdü.

Prokurorun vəzifələrinin icrası ilə Bricit Roud məşğul olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru