Hollandiyalı nazir: Ərdoğan sərhədi aşdı

11-03-2017, 21:20           

Hollandiya Baş naziri Mark Rutte uçuş qadağası ilə bağlı Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın tənqidlərinə cavab verib.

Axar.az xəbər verir ki, nazir, Ərdoğanın Hollandiya haqqında “Nasist tör-töküntüsü və faşist” sözlərini işlətməklə sərhədi aşdığını bildirib.

“Türkiyənin qəzəbini anlayıram. Lakin səsləndirilən açıqlamalar artıq sərhədi aşıb”, - Rutte bildirib.

Qeyd edək ki, Hollandiya hökuməti Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Rotterdama uçuş icazəsini ləğv edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru