Niderlandın sabiq XİN rəhbəri: "Qadağa barədə qərar səhv addımdır"

12-03-2017, 10:39           

"Niderland tərəfindən Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlunun təyyarəsinin enişinə qadağa qoyulmasını anlaya bilmirəm".

Trend-in məlumatına görə, bunu Niderlandın sabiq XİN rəhbəri Ben Bot deyib.

"Niderland hökümətinin türkiyəli nazirin təyyarisinin enişinə qadağa qoymasını anlamaq olmaz. Hesab edirəm ki, bu cür yanaşma Niderlandda keçiriləcək seçkilərlə bağlıdır", - Bot deyib.

Onun sözlərinə görə, bu yanlış addım Niderlandın həmişə müdafiə etdiyi demokratiya dəyərlərini və insan hüquqlarını pozur.

O, qeyd edib ki, Lüksemburqun qərarı Türkiyə və Niderland arasında iqtisadi münasibətlərin pisləşməsinə səbəb ola bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru