Rza Zərrabın işinə baxan prokuror işdən qovuldu

12-03-2017, 10:44           

ABŞ-ın Manhetten federal prokuroru Prit Bharara istefaya getməkdən imtina edib. Musavat.com "Associated Press"-ə istinadən xəbər verir ki, istefanı ondan ABŞ-ın Ədliyyə nazirliyi tələb edib.

Məlumata görə, bir gün öncə Amerikanın Ədliyyə nazirliyi keçmiş ABŞ prezidenti Barak Obama tərəfindən təyin edilmiş 46 prokurorun istefaya getməsini tələb edib. Prit Bharara da istefaya göndərilənlər arasında olub.

Qeyd edək ki, Bharara çirkli pulların yuyulmasında, bank saxtakarlığında və İrana qarşı ABŞ-ın qoyduğu sanksiyaları pozmaqda ittiham olunan iranlı iş adamı Rza Zərrabın işinə baxması ilə məşhurdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru