Britaniya Avropa İttifaqından 11 milyard dollar tələb edəcək! - «Brekzit»dən sonra

13-03-2017, 10:20           
Britaniya Avropa İttifaqından 11 milyard dollar tələb edəcək! - «Brekzit»dən sonra
AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, «Brekzit»dən sonra Böyük Britaniyanın Baş naziri Avropa İttifaqından (Aİ) 11 milyard dollar tələb etmək niyyətindədir.

Böyük Britaniyanın Aİ-dan çıxması barədə prosedurun əvvəlində hazırlanmış ekspert rəyinə istinadla, bu barədə xəbəri «Sandi Taymas» nəşri yayıb.

Hakim mühafizəkarlar partiyasından olan vəkil tərəfindən hazırlanmış sənəddə deyilir ki, «Brekzit»dən sonra hökumətin nəinki Brüsselə nəyi isə ödəmək barədə hüquqi öhdəliyi olmayacaq, əksinə, Avropa İttifaqı Britaniyanın Avropa investisiya bankında iştirak kapitalındakı payını Londona qaytarmalıdır.

Böyük Britaniyanın lordlar palatası «Brekzit» haqqında qanunu martın 14-ə qədər qəbul edə bilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.