Angela Merkel Türkiyə Prezidentinin Hollandiya əleyhinə çıxışlarını tənqid edib
13-03-2017, 21:56
Almaniya Kansleri Angela Merkel Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Niderland hökumətini nasistlərlə müqayisə edən bəyanatını tənqid edib.
SalamNews-un TASS-a istinadla verdiyi xəbərə görə, bu barədə o, Münhendəki mətbuat konfransında bildirib.
“Mən ötən həftə Bundestaqda Türkiyənin çıxışlarını qəbuledilməz və nasizm cinayətlərini kiçildən çıxış adlandırdım. Bu həm Almaniyaya, həm də dost Niderlanda aiddir. Mən Niderlandı tam dəstəkləyirəm və onlarla həmrəy olduğunu bəyan edirəm”, - deyə A.Merkel əlavə edib.