KXDR: "Kim Çenin qətlini bu ölkələr törədib"

13-03-2017, 23:51           

Şimali Koreya lideri Kim Çen Inın qardaşı Kim Çen Namın qətlini ABŞ-la Cənubi Koreya təşkil edib. Qətldə istifadə edilən kimyəvi maddə isə ABŞ-ın kimyəvi silah ehtiyatlarından ola bilər.

APA-nın verdiyi xəbərə görə, bunu Koreya Xalq Demokratik Respublikasının BMT-dəki daimi nümayəndəsi Kim İn Rön bəyan edib.

Onun sözlərinə görə, hadisə rəsmi Pxenyana təzyiq göstərmək, nəyin bahasına olursa-olsun KXDR-ə qarşı nüvə müharibəsi başlamaqdır.

Üzərinə zəhərli dəsmal atılan Kim Çen Nam fevralın 14-də Malayziyanın paytaxtı Kuala-Lumpurda xəstəxanaya aparılarkən vəfat edib. Qətldə istifadə edilən zəhərli maddənin əsəb sistemini iflic edən “VX Nerve Agent” adlı maddə olduğu müəyyən edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru