Böyük Britaniyanın İcmalar palatası “Brexit” üzrə dəyişiklikləri rədd edib

14-03-2017, 08:11           
Böyük Britaniyanın İcmalar palatası “Brexit” üzrə dəyişiklikləri rədd edib
Böyük Britaniyanın İcmalar palatası Lordlar palatasının “Brexit” üzrə qanun layihəsinə dəyişikliklərini rədd edib.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, beləliklə qanun layihəsi yenidən Lordlar palatasına göndərilib.

“Pinq-ponq” adını qazanmış sənəd bütün şərtlər razılaşdırılmayanadək bir palatadan digərinə göndəriləcək.

Qeyd edək ki, ötən il keçirilən referendumda britaniyalıların 51,9%-i krallığın Avropa İttifaqının tərkibindən çıxmasına səs verib. Fevralın 1-də Britaniya parlamentinin İcmalar Palatası “Brexit” prosedurunun başlanmasına səs verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru