"Tayms"dan Türkiyə xəbərdarlığı: Avropa diqqətli olmalıdır

14-03-2017, 08:30           

Təəssüflər olsun ki, Hollandiya Baş naziri Mark Rutte Türkiyəyə qarşı sərgilədiyi münasibətlə istəmədən Qrit Valdersin kampaniyasına haqq qazandırmış oldu.

Axar.az xəbər verir ki, bu barədə İngiltərənin “Tayms” qəzetində yayımlanan məqalədə qeyd olunub.

“Rutte və digər əsas siyasətçilərin zəifliyi səbəbindən Valders kimi milliyətçilər güclənməyə başladı. Başqa sözlə desək, Valders uğurlarını Ruttenin qorxaqlığına borcludur. Valders böyüdü. Mərkəzdəki fiqurlar gözlərini və qulaqlarını bağladılar. Avropa diqqətli olmalıdır”, - deyə yazıda bildirilib.

Qeyd edək ki, Qrit Valders millətçi kəsimin səsinə iddia edir və irqçi çıxışları ilə tanınır. Hollandiyanın ultrasağçı Azadlıq Partiyasının lideri olan Qrit Valders Çavuşoğlunun səfərinin ləğvi ilə bağlı kampaniya başlatmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru