Macarıstan öz prezidentini seçdi — Yanoş Ader

14-03-2017, 09:16           

Macarıstan hökuməti yeni prezidentini seçib.
Macarıstan parlamenti seçkilərin ikinci turuna əsasən Yanoş Aderi ikinci dəfə prezident seçib.

Yanoş Ader baş nazir Viktor Orbanın müttəfiqidir və növbəti 5 ildə ölkəyə rəhbərlik edəcək.
Macarıstan parlamentinin spikeri Laslo Kover səsvermənin nəticələri barədə məlumat verib. Məlumata əsasən, parlamentdə keçirilən seçkilərdə iştirak edən 170 deputatın 131-i Yanoşa səs verib. Onun rəqibi Laslo Maytenyi isə 39 nəfərin etimadını qazanıb.
Aderin prezident kimi fəaliyyəti 10 may tarixindən başlayacaq.
Bizimxeber.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru