Rusiya öz adamını yenidən aktivləşdirir

14-03-2017, 09:36           
Rusiya öz adamını yenidən aktivləşdirir
Qondarma Abxaziyanın "eks-prezidenti" Aleksandr Ankvab deputat seçilib.

Axar.az xəbər verir ki, qondarma respublikanın "parlamenti"nə Qudaut seçki dairəsindən namizədliyini irəli sürən Ankvab seçicilərin yarıdan çoxunun səsini toplayıb.

Qeyd edək ki, Ankvab 2011-2014-cü illərdə qondarma respublikaya rəhbərlik edib. 2014-cü illərdə ona qarşı xüsusi kampaniya başladılıb, nəticədə Ankvab hakimiyyətdən getməli olub. Abxaziyadakı rus bazasına sığınan Ankvab Rusiya prezidentinin köməkçisi Vladislav Surkovun Abxaziyaya gəlməsindən sonra ölkəni tərk edib. Ankvabın yerinə Abxaziyada hakimiyyətə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin eks-əməkdaşı, türk əsilli Raul Xacimba gətirilib.

Ankvab Xacimbadan fərqli olaraq, Rusiya ilə yaxınlaşmağın, rus dilinin statusunun qaldırılmasının tərəfdarı olub. Ona qarşı Abxaziyada dəfələrlə sui-qəsd törədilib. Bəzi ekspertlər bu sui-qəsdlərin arxasında Xacimbanın dayandığını iddia ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru