Moskvada terror aktının qarşısı alınıb

15-03-2017, 09:03           

Rusiya xüsusi xidmət orqanları Moskvada 8 Mart - Beynəlxalq qadınlar günü keçirilən bayram tədbirləri zamanı planlaşdırılan terror aktının qarşısını alıblar. APA-nın “İzvestiya” nəşrinə istinadən verdiyi xəbərə görə, martın əvvəlində Moskva aeroportlarından birində İstanbuldan gəlmiş Tacikistan vətəndaşı M.İzatillo yoxlanış tədbirləri çərçivəsində saxlanılıb. Saxlanılan şəxs ömürlük həbs olunacağı Tacikistana deportasiya ediləcəyini anladıqda, telefonunu sındırmağa çalışıb, sonra isə qayçını boynuna sancaraq, boğazını kəsməyə cəhd edib.

Saxlanılan şəxs xəstəxanaya çatdırılıb. Onun Suriyada İŞİD sıralarında döyüşdüyü məlum olub.

Aparılan istintaq tədbirləri zamanı Tacikistan vətəndaşı Moskvaya terror aktı törətmək məqsədi ilə gəldiyini etiraf edib. O, 8 Mart - Beynəlxalq qadınlar günü keçirilən bayram tədbirləri zamanı özünü partlatmağa hazırlaşırmış.

Hazırda terrorçu ilə əlaqəli olan şəxslər müəyyənləşdirilir. Məlumata görə, o, Moskvada
partladıcı qurğu ilə təmin edilməli imiş. M.İzatillo dindirildikdən sonra Tacikistana təhvil verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru