Mosulda daha bir İŞİD komandiri məhv edilib - VİDEO

15-03-2017, 13:33           
Mosulda daha bir İŞİD komandiri məhv edilib - VİDEO
İraq ordu qüvvələri Mosulda İŞİD-in Qədim şəhər məhəlləsinə nəzarət edən komandirini öldürüblər.

SalamNews-un "Reuters"-ə istinadən xəbərinə görə, hərbçilər İŞİD komandiri Əbu Əbdürrəhman əl-Ənsarini Bab əl-Tub mikrorayonu uğrunda aparılan döyüşlərdə zərərsizləşdiriblər.

Qeyd edək ki, bugünədək Mosuldan xeyli İŞİD komandiri qaça bilib, əl-Ənsarinin öldürülməsi ilə şəhərdə qalan terrorçulara ağır zərbə hesab olunur.

Bildirilib ki, İraq ordusu könüllü qüvvələrin dəstəyilə Mosuldakı Polad körpüyə yaxınlaşıb. Körpü azad edilərsə, Mosulda Dəclə çayı üzərindəki 5 əsas körpüdən üçü ordunun nəzarətinə keçmiş olacaq. Əsgərlərin artıq körpünün 100 metrliyinə çatdıqları qeyd olunur.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru