ABŞ-da 5,5 bal gücündə zəlzələ baş verib 16-03-2017, 08:42 ABŞ-ın Alyaska ştatı sahillərində 5,5 bal gücündə zəlzələ baş verib. APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Aleut adalarından 11 km cənubi-şərqdə yerləşib. Dağıntı və tələfat barədə məlumat verilmir. Sunami təhlükəsi elan olunmayıb. Facebook-da paylaş