ABŞ məhkəməsi Donald Trampın yeni miqrasiya fərmanının icrasını dayandırıb

16-03-2017, 08:52           
ABŞ məhkəməsi Donald Trampın yeni miqrasiya fərmanının icrasını dayandırıb
merikanın Havay ştatının hakimi çərşənbə günü ölkə prezidenti Donald Trampın yeni miqrasiya fərmanının icrasını dayandıran qərar qəbul edib.
"Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Məlumata görə, hakim Derrik Uotson öz göstərişini ştat rəhbərliyinin müvafiq sorğusunu öyrəndikdən sonra verib.
CNN-in məlumatına görə, bu qərar martın 15-i gecə yarı (Bakı vaxtı ilə 08:00) bütün ölkə üzrə qüvvəyə minməli olan fərmanın icrasını dayandırır.
ABŞ prezidenti Donald Tramp martın 6-da Yaxın Şərq və Şimali Afrikanın 6 müsəlman ölkəsi vətəndaşlarının Birləşmiş Ştatlara girişinə 90 gün müddətinə qadağa qoyan fərman imzalayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru