Moskvada "Novaya Qazeta"nın jurnalisti həbs olundu

16-03-2017, 17:25           
Moskvada "Novaya Qazeta"nın jurnalisti həbs olundu
FaktXəbər-in verdiyi məlumata görə, Rusiyanın paytaxtı Moskva şəhərində "Novaya Qazeta"nın jurnalisti Əli Feruz saxlanılıb. Bu barədə "İnterfaks"a nəşrin baş redaktoru Dmitri Muratov məlumat verib. Məlumata görə, Əli Feruz Özbəkistan hökumətinin tələbi ilə həbs edilib.

Qeyd edək ki, Özbəkistanı bir neçə il əvvəl tərk edən Əli Feruzu həmin vaxt xüsusi xidmət orqanları əməkdaşlığa cəlb etmək istəyirmiş.

Ötən gün Moskva şəhərində "Regnum" agentliyinin şef-redaktoru Yuri Barançik də həbs edilib. Yuri Barançikin həbsi Belarus hakimiyyətinin sorğusu ilə bağlıdır. Belarus hökuməti şef-redaktoru "cinayətkar qrup"un təşkilatçısı hesab edir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru