Suriyanın Hələb şəhərində məscidə endirilmiş hava zərbəsi zamanı ölənlərin sayı 63-ə çatıb - YENİLƏNİB

17-03-2017, 08:44           
Suriyanın Hələb şəhərində məscidə endirilmiş hava zərbəsi zamanı ölənlərin sayı 63-ə çatıb - YENİLƏNİB
Suriyanın Hələb şəhərinin qərbindəki Etarib mahalının Cina kəndindəki məscidə namaz vaxtı endirilmiş hava zərbəsi nəticəsində ölənlərin sayı 63 nəfərə çatıb.
"Report" xəbər verir ki, bu barədə "İhlas" agentliyi məlumat yayıb.
Məlumatda hava zərbəsi zamanı onlarla insanın xəsarət aldığı bildirilir. Agentliyin xəbərinə görə, hücumu Rusiyaya məxsus hərbi təyyarə həyata keçirib.


***23:53
Suriyanın Hələb şəhərinin qərbindəki Etarib mahalının Cina kəndindəki məscidə namaz vaxtı endirilmiş hava zərbəsi nəticəsində azı 58 nəfər həlak olub.
"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Cina kəndinin mülki müdafiə səlahiyyətlisi Yəhya Cavad agentliyə "Rusiyaya məxsus olduğunu təxmin etdiyimiz döyüş təyyarəsi Hələbin Etarib mahalı yaxınlarındakı Cina kəndində namaz zamanı məscidi bombalayıb" - deyə bildirib. Bombardman zamanı habelə onlarla adam yaralanıb.
Y. Cavad bildirib ki, mülki müdafiə qrupları kənd sakinləri ilə birlikdə hücuma məruz qalmış məscidin dağıntıları altında qalanları xilas etməyə çalışır. "Namaz zamanı məsciddə 200-300 adam olub" – deyə o bildirib. Bu səbəbdən də mülki müdafiə yetkilisi ölənlərin sayının artacağını istisna etməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru