"İslamda homoseksuallıq əxlaqsızlıq və cinayət deyil" - Din xadimi

18-03-2017, 09:13           
"İslamda homoseksuallıq əxlaqsızlıq və cinayət deyil"  - Din xadimi
Moderator.az xarici mediaya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanlı din xadimi Salman Odah homoseksualizmin İslam dinində əxlaqsızlıq olaraq görülmədiyini, bu səbəbdən də homoseksualların cəzalandırılmamasını söyləyib.

Artıq Səudiyyə Ərəbistanında əxlaq polisinin homoseksuallarla işi olmayacaq.

Bir İsveç qəzetinə müsahibə verən Odah "Homoseksuallıq bütün dini kitablarda günah olaraq görülsə də, bu dünyada bir cəzası olmamalıdır. Bunu edən insanın o biri dünyada əvəzini ödəyəcəyi bir günahdır" deyib.

Səudiyyəli din xadimi "İslam dinində homoseksuallıq əxlaqsızlıqdır deyənlərin özləri əsl əxlqsızdır. Homoseksuallara edam cəzası verərək homoseksuallardan daha böyük günah edirlər" deyə qeyd edib.

Odahın bu sözləri sosial mediada böyük qalmaqal yaradarkən "Odahdan homoseksualizmə icazə" etiketi ilə kampaniya başlanılıb. Tvitterdaki bəzi istifadəçilər İslama görə, homoseksualların edam cəzası alması lazım olduğunu müdafiə edərək Odahın sözlərinə sərt reaksiya verib.

Qeyd edək ki, bir zaman müxalif fikirləri ilə tanınan Odah bu gün Səudiyyə hakimiyyətini dəstəkləyən başlıca din xadimləri arasında yer alır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.