"Roskosmos"un rəhbəri həbsxanada qətlə yetirilib

18-03-2017, 20:38           
"Roskosmos"un rəhbəri həbsxanada qətlə yetirilib
Dələduzluq maddəsi ilə həbs olunan "Roskosmos" korporasiyasının icraçı direktoru Vladimir Yevdokimov Rusiyanın paytaxtı Moskvanın şimalında yerləşən cəzaçəkmə müəssisəsində ölü tapılıb. APA-nın məlumatına görə, bu barədə "Interfax" agentliyi öz mənbələrinə istinadən yazır.

Bildirilir ki, ölümün səbəbləri araşdırılır.

İnformasiyanı Cəzaların İcrası Federal Xidməti təsdiqləyib.

Rusiya İstintaq Komitəsinin Moskva İdarəsindən isə bildirilib ki, V.Yevdokimov aldığı bıçaq yaralarından ölüb.

"Roskosmos"un bəyanatında isə bildirilir ki, dövlət korporasiyası hadisənin hərtərəfli araşdırılmasını tələb edir.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru