Tramp: “Almaniyanın NATO və ABŞ-a böyük məbləğdə borcu yaranıb”

19-03-2017, 09:09           

Təhlükəsizliyinin təmin olunmasına görə Almaniyanın NATO və ABŞ-a böyük məbləğdə borcu yaranıb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bunu Almaniya kansleri Angela Merkellə görüşündən bir gün sonra ABŞ prezidenti Donald Tramp bəyan edib.

“Güclü və çox baha başa gələn müdafiəsinin təmin edilməsinə görə Almaniyanın NATO və ABŞ-a böyük məbləğdə borcu yaranıb”, - deyə Tramp “Tvitter” hesabında yazıb.

“Saxta məlumatlara baxmayaraq, Merkellə görüş əla keçib”, - deyə Tramp qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru