Almaniyada müsəlmanlara qarşı iyrənc addım - Foto

19-03-2017, 16:48           

Almaniyanın Bremen əyalətinə bağlı Bremerhaven şəhərində məscidə donuz qulağı və ayağı atılıb.

Axar.az xəbər verir ki, ötən gün gecə saatlarında Yeni Fateh Məscidinə atılan donuz qulağı və ayağı müsəlmanları şoka salıb.

Minarəsi və günbəzi olan, bu səbəbdən Bremerhaven şəhərində diqqət çəkən məscidə kimlərin və nə üçün belə bir hücum təşkil etdiyi araşdırılır.

Sosial media üzərindən məsələyə münasibət bildirən məscid rəhbərliyi hücumu şiddətli şəkildə qınadıqlarını, polisdən dərhal həmin şəxslərin tutulmasını istədiklərini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru