Norveç şirkəti hər işçisinə 22.000 avro mükafat verdi

19-03-2017, 22:18           

Norveçin dəniz məhsulları (balıqçılıq) şirkəti “Nova Sea” işçilərinə yüksək məbləğdə mükafat ayırıb. Şirkətin 250 işçisi var və ayrıdığı builki mükafatın toplam məbləği 50 milyon Norveç kronudur (5,5 milyon avro). Şirkət işçiləri arasında vəzifə fərqi qoymadan hərənin hesabına 200 min kron (22.000 avro) mükafat köçürüb.

Norveçdə balıq istehsalı 2016-cı ildə əvvəlki dövrlə müqayisədə aşağı olsa da, ümumi ixracat 29% (1,5 milyard avro) artaraq, 6,7 milyard avroya yüksəlib. Norveç Dəniz Məhsulları Şurası ixracatdakı artımı beynəlxalq bazarlarda somon balığının bahalaşması ilə izah edib.

“Nova Sea” ilə yanaşı Norveçin başqa böyük 20 dəniz məhsulları şirkəti də 2016-ci il qazancının əhəmiyyətli hissəsini işçilərinə mükafat kimi paylamaq niyyətindədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru