Amerikalı hərbçilər atəşə tutulub:3 nəfər yaralanıb

19-03-2017, 22:27           

Əfqanıstan silahlı qüvvələrinin əsgəri NATO-nun Hilmənd əyalətində yerləşən bazasında amerikalı hərbçilərə atəş açıb, üç nəfər yaralanıb.

Bu barədə Şimali Atlantika Alyansının Əfqanıstanda "Qəti dəstək" əməliyyatının məlumatında bildirilir.

"Hilmənd əyalətində əfqan əsgərin atəş açması nəticəsində üç ABŞ hərbçisi yaralanıb. Hərbçilərə tibbi yardım göstərilib", — deyə əməliyyatın "Twitter" səhifəsində qeyd olunur.

"Reuters"in məlumatına görə, Əfqanıstan silahlı qüvvələrinin nümayəndəsi bildirib ki, əfqan əsgər cavab atəşi ilə öldürülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru