Suriya məsələsi Rusiya ilə İsraili üz-üzə qoydu

20-03-2017, 14:30           
Suriya məsələsi Rusiya ilə İsraili üz-üzə qoydu
İsrail döyüş təyyarələrinin Suriya hava sahəsini pozaraq Palmira yaxınlarındakı bir hərbi hədəfi vurmasının hay-küyü səngimək bilmir.
Bu hadisədən sonra Rusiya İsrailin Moskvadakı səfirini Xarici İşlər Nazirliyinə çağırıb. Rusiyanın baş verənlərdən duyduğu “narahatlıq” İsrail səfiri Gary Korenə çatdırılıb.
İsrailin Baş naziri Benyamin Netanyahu cümə gününün ilk saatlarındakı əməliyyatda Livanda “Hizbullah” təşkilatına çatdırılacaq silahların hədəf alındığını açıqlamışdı. Suriya ordusu isə Rusiya istehsalı S-200 hava müdafiə sistemiylə bir İsrail döyüş təyyarəsini vurub saldığını bildirmişdi. İsrail bunu təkzib edərək, Suriya raketlərinin birinin ABŞ ilə ortaq istehsal olan “Arrow” adlı mərmi müdafiə sistemi sayəsində havada məhv edildiyini açıqlamışdı.
İsrailin Müdafiə naziri Aviqdor Lieberman İsrail radiosuna açıqlamasında “gələn dəfə Suriyalılar hava müdafiə sistemlərini təyyarələrimizə qarşı istifadə edərsə, ən kiçik bir tərəddüd olmadan o hava müdafiə sistemlərini yox edəcəyik” deyib.

azadliq.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.