Sərnişinlərə təyyarə ilə ABŞ-a elektron cihaz aparmaq qadağan ediləcək

21-03-2017, 09:57           
Sərnişinlərə təyyarə ilə ABŞ-a elektron cihaz aparmaq qadağan ediləcək
Səudiyyə Ərəbistanı və İordaniya da daxil olmaqla 13 ölkədən təyyarə vasitəsi ilə ABŞ-a elektron qurğuların daşınması qadağan ediləcək.
“Report” xəbər verir ki, bu barədə Britaniyanın “Guardian” qəzeti yazıb.
“Reuters”in məlumatına görə, ABŞ hökuməti təqribən on ölkənin sərnişinlərinə Birləşmiş Ştatlara gələn təyyarələrdə elektron cihazların daşınmasını qadağan etmək niyyətindədir. Çərşənbə axşamı elan olunacağı gözlənilən qadağa terror təhlükəsi ilə əlaqədardır.
Qəzetin məlumatına görə, ABŞ-ın Nəqliyyatda Təhlükəsizlik Departamenti (TSA) gizli şəkildə 13 ölkənin aviareyslərindən sərnişinlərə salonda mobil telefondan böyük elektron cihaz aparmağa qadağa qoymağı tələb edib.
Noutbuk, planşet, “Kindle” elektron kitabları və hətta kameralar qadağa altına düşəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru