Suriya ordusu İsrailin pilotsuz ucan aparatını vurub 21-03-2017, 10:00 İsrailə məxsus pilotsuz ucan aparat (PUA) Suriyanın cənub-qərbində vurulub. APA-nın məlumatına görə, bu barədə Livanın “Əl-Mayadin” telekanalı xəbər verib. Məlumata görə, çəkisi 7 kilo olan "Skylark" pilotsuz ucan aparatı Kuneytra əyalətində Suriyanın hava məkanını pozub. Hadisənin digər təfərrüatları açıqlanmır. Facebook-da paylaş