Telman İsmayılovun oğlu da müflis elan edilir

21-03-2017, 20:07           

Moskva arbitraj məhkəməsində azərbaycanlı oliqarx-keçmiş milyarder Telman İsmayılovun oğlu Ələkbər İsmayılovun müflis elan edilməsi barədə iddia daxil olub.

Lent.az-ın məlumatına görə, virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, məhkəmə iddianı icraata qəbul edib, məhkəmə baxışı aprelin 24-nə təyin olunub.

Bundan əvvəl VTB-Bank tərəfindən qaldırılmış iddia əsasında T.İsmayılovun özü müflis elan edilib və onun milyardlarla dollarlıq kredit əvəzində banklarda girov qoyulmuş əmlakının hərrac yolu ilə satılmasının yolu açılıb. T.İsmayılov həmin bankdan 2012-ci ildə 286 milyon dollar kredit götürüb, bunun əvəzində Moskvadakı məşhur “Praqa” restoranını və digər obyektlərini banka girov qoyub. Lakin kreditləri ödəyə bilmədiyi üçün borcu “şişib”.

Bu arada TVS kanalında araşdırmaçı-jurnalist Andrey Karaulovun T.İsmayılovun müdafiəsinə yönəlmiş sənədli filminin ikinci seriyası efirə gedib. Həmin film Karaulovun “Həqiqət anı” müəllif proqramının internet saytında da yerləşdirilib. Filmdə VTB-Bank T.İsmayılovu qəsdən müflis elan etməkdə və onun əmlakını “su qiymətinə” dəyərləndirib reyder üsulu ilə əlindən almaqda günahlandırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru