Vaşinqtonda İŞİD-ə qarşı beynəlxalq koalisiyasının toplantısı başlayır

22-03-2017, 09:26           

ABŞ-ın paytaxtı Vaşinqtonda İŞİD-ə qarşı beynəlxalq koalisiyasının XİN rəhbərləri səviyyəsində toplantısı keçiriləcək.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, görüşdə İŞİD qruplaşması ilə mübarizə aparan 68 dövlətin təmsilçisi iştirak edəcək.

ABŞ Dövlət Departamentinin nümayəndəsi Mark Tonerin bildirdiyinə görə, iclas dövlət katibi Reks Tillersonun sədrliyi ilə baş tutacaq.

Məlumata əsasən, bu, 2014-cü ilin dekabrından bəri İŞİD-ə qarşı beynəlxalq koalisiyasının tam tərkibdə ilk toplantısıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru