Avropa valyuta fondu yaradılır

22-03-2017, 12:36           
Avropa valyuta fondu yaradılır
Avroqrupun sədri Yerun Deysselblum Avropa valyuta fondunun yaradılmasını məqsədəuyğun hesab edir. Bu barədə o, “Frankfurter Allgemeine Zeitung” qəzetinə müsahibəsində bildirib. Onun sözlərinə görə, bu institut Avropa Stabilləşmə Mexanizminin bazasında yaradıla bilər.

“Düşünürəm ki, Avropa Stabilləşmə Mexanizminin ortamüddətli yaxud uzunmüddətli perpektivdə Beynəlxalq Valyuta Fondunun Avropa analoquna çevrilməsi məntiqlidir”, – deyə Avroqrupun rəhbəri əlavə edib.

Y.Deysselblum bildirib ki, bu mexanizm gələcəkdə Avropa ölkələrinə maliyyə dəstəyi proqramında mühüm rol oynaya bilər. Sədr hesab edir ki, Avropa valyuta fondunun maliyyə dəstəyi proqramlarının icrasına da nəzarət həyata keçirməsi mümkündür. Hazırda bununla “bu işdə özünü elə də rahat hiss etməyən” Avropa Mərkəzi Bankı məşğuldur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru