İŞİD-in sıralarında təqribən 2500 rusiyalı terrorçu var

22-03-2017, 20:15           

İŞİD-ın sıralarında savaşan terrorçuların təqribən 2500 nəfəri Rusiyadandır. Bu haqda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi səlahiyyətlərini icra edən Valeri Semerikov məlumat verib.

“Rusiyadan İŞİD sıralarında təqribən 2-2,5 min nəfər vuruşur. Mən Qafqazı da nəzərdə tuturam”, Semerikov deyib, TASS xəbər verir.

Bundan öncə Rusiya prezidenti Vladimir Putin İŞİD sıralarında təqribən 4 min Rusiya vətəndaşının vuruşduğunu bildirmişdi. 2016-cı ilin iyun ayında isə KTMT-nin o vaxtkı baş katibi Nikolay Bordyuja İŞİD sıralarında KTMT ölkələrindən 10 minə yaxın yaraqlının vuruşduğunu bildirmişdi.

Bastainfo.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru