Bu iynə sizi insult və infarktdan xials edəcək - YENİ KƏŞF

22-03-2017, 20:24           
Bu iynə sizi insult və infarktdan xials edəcək - YENİ KƏŞF
Almaniya, Hollandiya, ABŞ və Kanada alimlərindən ibarət olan beynəlxalq qrup 1 inyeksiyanın köməyi ilə orqanizmdə xolesterolun səviyyəsini 2 dəfəyə qədər azaltmağa nail olublar.

teref.az saglamolun.az-a istinadən bildirir ki, xolesterol piyə bənzər maddədir. Bu maddə damarlarda yığılaraq onların daralmasına, zəif və kövrək olmasına səbəb olur. Bu isə ürək-damar sistemi xəstəliklərinin, o cümlədən infarkt və insultun əsas səbəbidir.

The New England journal of medicine xəbər verir ki, alimlər orqanizmdə xolesterolun səviyyəsini tənzimləyən PCSK9 genə təsir edən xüsusi dərman hazırlayıblar. Dərman inyeksiya şəklində orqanizmə yeridilir.

Araşdırma göstərib ki, 1 inyeksiyadan sonra xolesterolun səviyyəsi 42%, 2 inyeksiyadan sonra isə 50%-dən çox aşağı düşür və bu effekt uzun müddət ərzində qalır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru