Müsəlman ölkə Sərkisyana qucaq açdı - Video

22-03-2017, 23:50           

Ermənistan Prezidenti Serj Sərksiyan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edib.

Musavat.com xəbər verir ki, səfər işgüzar məqsədi daşıyır. Paytaxta Əbu-Dabi hava limanında Sərkisyanı BƏƏ-nin baş nazirinin müavini, prezident məsələləri üzrə naziri Şeyx Mənsur ibn Zayd əl-Nahayyan qarşılayıb.

Ermənistan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, təntənəli qarşılanma mərasimindən sonra S.Sərkisyan Şeyx Mənsur ibn Zayd Nahayyanla söhbət edib. Erməni prezident Ermənistan-Birləşmiş Ərəb Əmirlikləri investisiya forumunun təşkilatçılığına və aldığı dəvətə görə təşəkkür edib, həmçinin bundan sonrakı əməkdaşlıq imkanları haqda müzakirələr olub. Sərkisyan daha sonra BƏƏ-nin İqtisadiyyat naziri Sultan əl-Mənsurla görüşüb.

Xatırladaq ki, BƏƏ-nin də qatıldığı İslam Konfransı Təşkilatı Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalını və Xocalı soyqırmını pisləyən qətnamələr qəbul edib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru