Amerikada marixuana dükanı açıldı

20-04-2017, 08:07           
Amerikada marixuana dükanı açıldı
Amerikanın Kolorado ştatında ilk dəfə tibbi marixuana dükanı açılır.



Bu mağazada maşından çıxmadan narkotik almaq mümkündür. “Time”ın yazdığına görə, “Tumbleweed Express Drive-Thru” adlı mağazanın açılışı 20 aprelə planlaşdırılıb. 21 yaşına çatan hər kəs istirahət günləri, günorta saat 16.00-dan gecə yarısına qədər qanuni şəkildə preparat ala bilər. Mağazanın direktoru Mark Smit deyib ki, dünya KİV-lərinin onun biznesi barədə yazacağını təxmin etmirmiş. Bu minvalla amerikalı öz biznesini qanuni şəkildə marixuana ilə bağlayan iş adamına çevrilib. Onunla paralel olaraq bu işlə məşğul olanlardan biri də aktrisa Vupi Qoldberq və reper Snup Doq olub. Xatırladaq ki, Qoldberq də tibbi marixuananın satışı ilə məşğul olurdu. Onun satışını həyata keçirdiyi dərman qadınların menustrasiya dönəmində yaşadığı ağrıların qarşısını almaq məqsədi daşıyır.



Bu dərmanlar rəsmi olaraq Leafs By Snoop brendi altında qeydiyyatdan keçib. ABŞ-ın federal qanunvericiliyinə görə, marixuana hələ də qadağan olunmuş vasitə sayılır. Hətta onun cüzi miqdarda saxlanılması da həbsə səbəb ola bilər. Amma ştatların əksəriyyətində ondan tibbi məqsədlərlə istifadə olunmasına razılıq verilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.