Sakit okeanda ABŞ-a məxsus “MH-60R Sea Hawk” hərbi helikopteri qəzaya uğrayıb
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, ABŞ Hərbi-Dəniz Qüvvələrinin mətbuat xidməti faktı təsdiqləyib.
İnsident Quam adası yaxınlığında baş verib. Suya düşən helikopterin göyərtəsində olan 3 ekipaj üzvü xilas olunub. Hadisənin digər təfərrüatları barədə hələ ki, məlumat verilmir.