ABŞ admiralı “itən gəminin” məsuliyyətini üzərinə götürdü

27-04-2017, 09:27           

ABŞ-ın Sakit okean Komandanlığının rəhbəri admiral Harri Harris "Karl Vinson" təyyarədaşıyan gəmisinin olduğu yer haqqında ictimaiyyəti səhv məlumatlandırdığını etiraf edib.

Axar.az xəbər verir ki, ABŞ Nümayəndələr Palatasında dinləmələrdə iştirak edən H.Harris gəminin hazırda Şimali Koreyanın sahillərinə doğru istiqamət aldığını bildirib.

Qeyd edək ki, Pentaqon H.Harrisin əmrinə əsasən "Karl Vinson" gəmisinin 10 apreldə Koreyaya göndərildiyini bildirmişdi. Daha sonra isə “Karl Vinson”un əslində o istiqamətdə olmadığı, Yaponiya donanması ilə təlimlərdə iştirak etdiyi barədə xəbər yayıldı.

Bütün günahları üstünə götürən və informasiyanın yanlışlığını vaxtında xəbər edə bilməməsi ilə əlaqələndirən H.Harris artıq gəminin deyildiyi istiqamətdə üzdüyünü xatırladıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru