Banka reyd baş naziri əndişələndirdi

27-04-2017, 10:26           
Banka reyd baş naziri əndişələndirdi
Aprelin 26-da Ukrayna dövlət təhlükəsizlik xidməti (SBU) ölkənin ən böyük investisiya bankının Kiyevdəki ofisində reyd keçirib, qanunsuz proqramlar axtarıb. Bu reyd baş nazir Volodymyr Hroysman-ın narahatlığına səbəb olub.

SBU bildirib ki, 8 şirkətin Rusiyada hazırlanmış qanunsuz proqramdan istifadə etdiyini aşkarlayıb, bu proqramlardan özəl şirkətlərə, telefonlara haker hücumu edilə bilər. «Dragon Capital» bankına və adı açıqlanmayan daha 7 şirkətdə reyd da bununla izah olunur.

Bankın sözçüsü Olga Beloblovskaya deyib ki, «Dragon Capital» həmişə qanun çərçivəsində çalışıb.

Reyd xəbərini eşidən baş nazir Hroysman hökumətin iclasını kəsib, belə reydlərin Ukraynada biznesi və investorların inamını zədələyə biləcəyini söyləyib. «SBU-nun işinə qarışa bilmərəm. Amma məncə, hər şey uyğun şəkildə, bankın işini iflic etmədən görülməlidir», – baş nazir söyləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru