Yoxsullar dərmana 70 qəpik ödəyəcək

27-04-2017, 13:37           

Azərbaycanın ən yaxın qonşusu olan Gürcüstan səhiyyə sahəsində maraqlı addım atmağa hazırlaşır.
teref.az-nun İstiPress-ə istinadən məlumatına görə, Səhiyyə Nazirliyi ümumilli səhiyyə proqramı çərcivəsində sosial müdafiəsi olmayan, yoxsul insanlar üçün sərfəli addım atmağı təklif edib. Belə ki, onlardan həyati vacib dərmanlar üçün simvolik ödəniş alınacaq.
Bu ilin yayından başlayaraq sosial müdafiəsi olmayan və ya tənha təqaüdçülər – bu isə 500-600 min Gürcüstan sakini deməkdir – hər ay xroniki xəstəliklərin müalicəsi üçün lazım olan tibbi ləvazimatları 1 lariyə (təqribən 0.70 manat) alacaqlar. Bunun üçün hökumət 4 milyon lari vəsait ayırıb.
“Ümumilikdə 24 adda dərmanın alışı planlaşdırlır. İnsanlar maksimum 1 lari ödəməli olacaqlar. Bundan başqa onlar lazımi dərmanların 3 aylıq ehtiyatını da əldə edə biləcəklər”, deyə səhiyyə nazirinin müavini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru