Amerika psixiatrları Trampı psixi ekspertizaya göndərməyə hazırlaşırlar: “Prezident psixdir, yoxsa sağlam?” - TƏHLİL
27-04-2017, 17:26

Pravda.ru, 27.04.2017
Donald Tramp keçən noyabrda seçkiri udmamışdan qabaq bizə xəbərdarlıq edirdilər ki, o, təkcə rus agenti deyil, həm də faşistdir. O, ölkə idarəçiliyinin təməlində duran qaydaları dəyişmək və ənənələri pozmaq əhvalındadır.
İndi onun prezidentliyinin 100 günlük nişanəsinə yaxınlaşdıqca görürük ki, bütün gözləntilərə rəğmən bərqərar olmuş normalara zidd hərəkət etmir. Əlbəttə, onun ölkəni idarə etməyinin birinci mərhələsində tənqid oluna biləsi çox şey var, amma o, “Sibir namizədi” çıxmadı və ikinci Mussolini olmadı.
Lakin psixiatrlar əmindirlər: Birləşmiş Ştatların prezidenti Donad Tramp Amerika cəmiyyətinin yaşayışına gerçək təhlükə gətirə biləcək təhlükəli psixi pozğunluq əlamətləri sərgiləyir.
Yel universitetinin elmi əməkdaşı, Massaçuset hospitalında təcrübə keçən psixiatr,doktor Bandi Li “The Independent” nəşrinə müsahibəsində bildirib ki, Trampın seçildiyi gün öz müştərilərində zorakılığın “hiss olunacaq dərəcədə” qızışdığını müşahidə edib. Bu həm də onun güclü ritorikası ilə bağlıdır.
Doktor Li iddia edir ki, onun açıqlamasında heç bir siyasi motiv yoxdur. O hətta bu günlərdə təşkil etdiyi tədbirdə prezident Trampı “təhlükəli” və “sayıqlayan” adlandıran ekspert həmkarlarının müdafiəsinə qalxıb. “Cənab Trampda psixi pozğunluqların olduğunu iddia etmək onu əxlaqca mühakimə və yaxud ittiham etməyi bildirmir, – Li qeyd edib. – Bu ona qarşı siyasi silah qismində istifadə olunmamalıdır. Bu, hakimiyyətdə öz funksiyalarını həyata keçirmək bacarığına mənfi təsir edə biləcək istənilən tibbi pozğunluq halındakı kimi ancaq çəkindirmə olmalıdır”.
“Biz uydurmağa başlamayacağıq ki, kimsə xərçəng xəstəsidir yaxud bu və ya digər əlillikdən əziyyət çəkir. Psixi sağlamlığa da bu cür ehtiyatla yanaşmaq lazımdır”, – deyə həkim qeyd edib və əlavə edib ki, bu məsələ istisnasız olaraq “psixi xəstəliklə bağlı rüsvaylıq ləkəsinin” ləğvi üçün qaldırılmalıdır.
Gerçək təhlükə Ağ Evin yeni başçısının qeyri-sabitliyi, qəfilliyi və impulsivliyindədir. Psixiatr xüsusən Şimali Koreyaya münasibətdə özünəməxsus fitnəkarlığı vurğulayıb. O bildirib: “O gözlənilmədən, qəflətən Suriyaya zərbə endirdi, sonra “bütün bombaların anası”nı işlətdi. Qüvvə nümayişindən məmnunluğun bu cür ifadəsi hədsiz dərəcədə təşviş doğurur” və əlavə edib ki, Barak Obama prezidentliyi dövründə millətin mövcudluğuna təhdid bu cür narahatlıq doğurmayıb.
Pravda.ru şərh üçün məşhur psixiatr-krminalist Mixail Vinoqradova müraciət edib.
-Amerika mətbuatı Trampa qarşı geniş kampaniya açıb, hər üsulla Amerika liderinin qeyri-adekvat davranışını sübut etməyə çalışır, Suriyaya zərbə endirmək, “bütün bombaların anası”nı işlətmək haqda qərarın impulsivliyini arqument gətirirlər. Qənaət çıxarılır ki, o, psixopatdır, müharibə başlaya bilər. Bəzi videofraqmentlər və Trampın digər hərəkətləri üzrə onda əqli xəstəlik və ya psixi sapma görmək mümkündürmü?
-Amerika mətbuatından fərqli olaraq mən onda əqli pozğunluq görmürəm. O, adekvat adamdır, lakin bir “əmma” var: Tramp biznesdə vərdiş edib ki, ona hər şey caizdir. O, varlı adamdır, istədiyini edə bilər: alar, kimisə qabaqlayıb alar, satar, girov qoyar… Cənab Trampın Amerika dövlətinin siması və onu bütün ölkəni təmsil etməli olduğundan söhbət gedəndə isə buna uyğunlaşmaq asan olmadı. Sizə xatırladım ki, böyük və kiçik Buşlar seçilərkən onların problemləri var idi, amma yetərincə tezliklə uyğunlaşdılar. Burada isə olduqca amiranə, praktik olaraq hər şeyə əli çatmağa alışmış adam görürük. O da bu xətti aparır, başqasına alışmış və dövlət başçısının daha itaətkar, onların fikrini dinləyən olmasını arzulayan həmvətənlərini qıcıqlandırır. Buna görə də onun qarşıda çox böyük problemi var: öz gücünü göstərmək, indi isə bunun üçün imkanı sərgiləmək. Düşünürəm ki, bunun öhdəsindən gələcək.
-Yəni bu psixi sapma və ya ciddi xəstəlik deyil, şəxsiyyət və xasiyyətin özəlliyidir?
-Xeyr, heç bir psixi xəstəlik və sapma yoxdur. Bu, doğrudan da, xasiyyət və şəxsiyyətin özəlliyidir.
-Hazırda məlumat gəlib ki, hətta Trampı özəl ekspertizaya göndərməyə hazırlaşırlar.
-Bizdə Rusiyanın tarixində də oxşar durum olub – Yeltsini ekspertizaya göndərmək istəyirdilər, amma göndərmədilər, sonra isə onun idarəçiliyini çətinliklə yaşadılar. Ancaq artıq o vaxt aydın oldu: ölkə prezidentini ekspertizaya göndərmək sərsəmcəsinə çətindir, onun günahı, davranışı, qeyri-adekvat fəaliyyətinin tutarlı sübutuna malik olmaq lazımdır. Sadəcə, onun siyasətindən, fəaliyyətindən narazılıq deyil, hansısa sübutlu baza olmalıdır. Mən hazırda Trampda bu cür baza görmürəm. Onda hansısa psixi sapma görmürəm.
-Aydındır ki, o, qərarı müstəqil qəbul etməyib. Eynilə Suriya üzrə guya impulsiv qərarı da. Pentaqon açıq şəkildə xəbərdar idi. Ora prezidentin ali baş komandan olduğu Rusiya deyil. Onlarda tam bir sistem qurulub ki, avtoritarizmə yol verilməsin. Mətbuatda isə bunu tamam başqa cür təqdim edirlər.
-O, avtoritar adamdır və hələlik biznesdə olunca bu, normal idi. O öz avtoritarizmini siyasətə gətirincə isə hətta ona səs verənlərlə də ixtilaf yarandı. Çünki onun davranış üslubuna hələ alışmayıblar. Trampla Amerikaya çətin olacaq, amma onun davranışı patologiya və yaxud tibbi problemlərdən xəbər vermir.
Tərcümə Strateq.az-ındır.